AZ

Netanyahunun ofisi BCM-nin onun həbsinə order vermək qərarını “antisemit” ADLANDIRDI

“İsrail qərəzli və ayrı-seçkilik edən siyasi qurum olan Beynəlxalq Cinayət Məhkəməsinin saxta və absurd ittihamlarını tamamilə rədd edir. 2023-cü il oktyabrın 7-də terror təşkilatı HƏMAS-ın qanlı hücumunu və Holokostdan sonra yəhudi xalqına qarşı ən dəhşətli qətliamını həyata keçirən İsrailin Qəzzada apardığı müharibədən daha ədalətli müharibə yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş nazirin həbsinə order vermək qərarı ilə bağlı bəyanatında qeyd edilib.
 

Bəyanatda həmçinin bildirilib ki, Benyamin Netanyahu “təzyiqlərə boyun əyməyəcək” və İsrailin qarşısına qoyduğu bütün hədəflərə çatmağa davam edəcək.


Qeyd edək ki, bu gün Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmasına order verib.

Bizim.Media

Seçilən
0
38
bizim.media

10Mənbələr