AZ

Rusiya ilk dəfə qitələrarası ballistik raketdən istifadə edib

Rusiya ilk dəfə qitələrarası ballistik raketdən istifadə edib

Rusiya-Ukrayna müharibəsində gərginlik yeni mərhələyə qədəm qoyub. Rusiya Ukraynaya qitələrarası ballistik raketlə hücum edib.Rusiya Ukraynanın Amerika ATACMS və İngiltərə və Fransa istehsalı olan “Storm Shadow” raketləri ilə hücumuna qitələrarası ballistik raketlə cavab verib. Astarxan rayonundan atılan qitələrarası ballistik raket bir neçə dəqiqə ərzində Ukraynanın mərkəzindəki Dnepr şəhərinə düşüb.“Rubej” adlı ballistik raket istənildikdə nüvə başlığı da daşıya bilir. Lakin Ukraynaya atılan versiyada heç bir nüvə başlığından istifadə olunmayıb.5800 km mənzilə malik olan “Rubej” qitələrarası ballistik raket istənilsə 800 kiloqramlıq nüvə başlığı daşıya bilər.İlk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilən raketin uzunluğu 12 metr, çəkisi isə 36 tondur.

Seçilən
11
16
afn.az

10Mənbələr