Rusiyanın “Oreşnik” ballistik raketinin buraxılışı Rusiyanın Ukraynaya qarşı deyil, Qərbə raket qarşıdurmasına hazır olması barədə mesajıdır.
Bu fikri Londondakı Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun hərbi elmlər şöbəsinin rəhbəri Metyu Sevil bölüşür. Ekspertin mövqeyini Associated Press (AP) yayıb. “Bu, həqiqətdə Qərbə bir siqnaldır:
“Biz orta mənzilli ballistik raketlər yarışına daxil olmaqdan məmnunuq… Siz həqiqətən də bu riski götürməyə hazırsınızmı?”” – Sevil deyib.
Xatırladaq ki, dünən, noyabrın 21-də Rusiya Dnepropetrovskdakı Cənub Maşınqayırma Zavoduna hücumda orta mənzilli “Oreşnik” ballistik raketindən istifadə edib.
//Samir Qurbanov, Editor.az