AZ

Sərhəddə at izi it izinə qarışmır - FOTOLAR + VİDEO

Sərhədçilərimizin xidməti fəaliyyəti zamanı ən yaxın dostları həm də itlər və atlardır. Onlar gözətçi və iz axtarışı ilə məşğul olan itlərdən istifafə edirlər.

İz axtarışı ilə məşğul olan itlər Dövlət Sərhəd Xidmətinin mühafizəsində istifadə olunur. Onların təkmilləşdirilməsi üçün paytaxtda kurslar təşkil olunur. İtlər onlara qulluq edən əsgərlərlə birgə bu kurslara cəlb olunurlar. İtin iş qabiliyyəti və əsgərin ona qulluq etməsi imtahan vasitəsi ilə yoxlanıldıqdan sonra onlar sərhəd zastavalarına göndərilirlər və sərhədin mühafizəsində istifadə olunurlar.

Bu itlər Bakıda yetişdirmə məntəqələrində böyüdülür. Onların iş qabiliyyəti 8 yaşa qədərdir. 8 yaşından sonra onların istifadəsi dayandırılır.

Sərhədçilərin tez- tez istifadə etdiyi canlılardan biri də atlardır. Nəqliyyatın qalxmasının mümkün olmadığı ərazilərdə bu atlar sərhədçilərin dadına yetir.

Musavat.com DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Şəmkir" dəstəsindəki xidməti itlərin və "Şimşək" adlı atın görüntülərini təqdim edir:

 

Şahanə Rəhimli
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr