AZ

Qəzzada ölü sayı 44 mini keçib

Bakı,TurkicWorld

İsrail və HƏMAS arasında 13 aydır davam edən müharibədə Qəzza zolağında ölənlərin sayı 44 mini keçib.

Qəzza Səhiyyə Nazirliyi öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin ölənlərin yarıdan çoxunun qadın və uşaqlar olduğunu bildirib. İsrail ordusu sübut təqdim etmədən 17 mindən çox HƏMAS döyüşçüsünün öldürdüyünü bildirir.

Səhiyyə Nazirliyi müharibə başlayandan bəri 44 min 56 nəfərin öldüyünü, 104 min 268 nəfərin yaralandığını açıqlayıb. Minlərlə cəsədin dağıntılar altında və ya həkimlərin çata bilmədiyi ərazilərdə basdırıldığı üçün real ölənlərin sayının daha yüksək olduğu hətta 150 mini keçşdiyi iddia olunur.

Müharibə HƏMAS-ın rəhbərlik etdiyi döyüşçülərin 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna basqın edərək, aralarında mülki şəxslər olmaqla 1200 nəfəri öldürdüyü və daha 250 nəfəri qaçırdığı zaman başladı. 100-ə yaxın girov hələ də Qəzzadadır, lakin onlardan ən azı üçdə birinin öldüyü güman edilir. Qalanların əksəriyyəti keçən il atəşkəs zamanı azad edilib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Livanda İsrailin zərbələri və döyüşləri nəticəsində ölənlərin sayı 3 min 580 nəfəri keçib, 15 mindən çox yaralı var. Cümə axşamı İsrailin Livanın müxtəlif şəhər və kəndlərinə endirdiyi zərbələr nəticəsində azı 51 nəfər həlak olub.

İsrailin Qəzzaya hücumu sahilyanı ərazilərdə ağır dağıntılara səbəb olub. 2,3 milyon insanın təxminən 90%-i məcburi köçkün vəziyyətinə düşüb və yüz minlərlə insan az qida və su olmayan bərbad çadır düşərgələrində yaşayır.

İsrail dinc əhaliyə zərər verməkdən qaçmağa çalışdığını və onların ölümlərində HƏMAS-ı günahlandırdığını bildirir. İsrail bildirir ki, HƏMAS döyüşçüləri yaşayış məntəqələrində fəaliyyət göstərirlər, burada tunellər, raket qurğuları və digər hərbi infrastrukturlar inşa edirlər.

Fələstin rəsmiləri və hüquq qrupları İsrail qüvvələrini müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətməkdə ittiham edir və Birləşmiş Millətlər Təşkilatının yüksək məhkəməsi Cənubi Afrika tərəfindən irəli sürülən soyqırım iddialarını nəzərdən keçirir. İsrail bütün bunları ona qarşı qərəzli hesab edir və ittihamları qəti şəkildə rədd edir.

Son həftələrdə Qəzzaya daxil olan humanitar yardımın həcmi kəskin şəkildə azaldı və ABŞ-ı bundan sonra, İsrailə verdiyi hərbi dəstəyi azaltmaqla hədələdi. Mütəxəssislər təcrid olunmuş, müharibənin xarabalığa çevrildiyi Qəzzanın şimalında artıq aclıq yaşana biləcəyi barədə xəbərdarlıq ediblər.

Birləşmiş Ştatlar, Misir və Qətər, HƏMAS-ın müharibənin dayandırılması müqabilində qalan girovları azad edəcəyi atəşkəs razılaşmasına vasitəçilik etməyə aylar sərf etdi. Bu danışıqlar yayda dayandırıldı, İsrail və HƏMAS hər biri digərini qəbuledilməz tələblər irəli sürməkdə ittiham etdi.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibələri necə bitirəcəyini demədən sona çatdıracağına söz verib. Onun əvvəlki administrasiyası İsrailə və Baş nazir Benyamin Netanyahunun fələstinlilərə qarşı sərt siyasətinə misilsiz dəstək verdi.

Seçilən
10
turkic.world

1Mənbələr