AZ

Almaniyada müflisləşən şirkətlərin sayı artır

Almaniyada şirkətlərin müflisləşməsində artım qeydə alınıb. Bu barədə ederal Statistika Xidməti xəbər verib.
 
Bildirilir ki, bu tendensiya son bir neçə ayda da davam edib.

Analitiklər Almaniyada korporativ iflasların sayının 2024-cü ildə 20 mini keçəcəyini proqnozlaşdırırlar.

Halle İqtisadi Tədqiqatlar İnstitutunun professoru Stefan Müller izah edir ki, bir çox şirkətlər dövlət yardımını dayandırdıqdan sonra vəziyyət kritikləşib.


"Biz uzun sürən iqtisadi tənəzzülün və artan xərclərin təsirlərini görürük. Pandemiya zamanı aşağı faiz dərəcələri və dövlət dəstəyi dövründən sağ çıxan şirkətlər indi ciddi təzyiq altındadır", - o bildirib.


Böhrandan ən çox təsirlənənlər nəqliyyat və logistika sektorları olub. Otel və restoran biznesi və tikinti sahəsində də yüksək iflaslar qeydə alınıb.

Gülnar 
www.anews.az
Seçilən
17
1
anews.az

2Mənbələr