AZ

"Mançester Siti" teleşou hazırlayır

"Mançester Siti" uşaqlar üçün televiziya proqramı təqdim etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" yayıb. 

İngiltərə Premyer Liqasının son çempionu müntəzəm olaraq həm mövsümlər, həm də fərdi oyunçular haqqında sənədli filmlər hazırlayırlar. Lakin "Sony Pictures Television" ilə əməkdaşlığa başlayandan sonra "Siti"nin baş direktoru Ferran Soriano klubun başqa sahələrə diqqət yetirməsinə önəm verir. Mənbənin bildirdiyinə görə, bunlara animasiya, yeni və daha gənc auditoriyanı cəlb etməyə yönəlmiş bədii proqramlar daxildir. Artıq iki uşaq şousu təqdim olunmaq ərəfəssindədir. Ancaq onlardan heç birinin təfərrüatlarını açıqlamayıb. Klub həmçinin populyar elmi məhsullara da baxır.

Qeyd edək ki, "Mançester Siti" müxtəlif turnirlərdə keçirdiyi son 4 matçda məğlub olub. Pep Qvardiolanın komandası hazırda 23 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və liderdən 5 xal geri qalır.

Mirağa

Seçilən
30
fanat.az

1Mənbələr