AZ

Dünyanın ən qədim əlifbası tapılıb

Alimlər müəyyən ediblər ki, qədim qəbirlərdən çıxarılan gil silindrlər üzərində həkk olunmuş yazılar bəşər tarixində məlum olan ən qədim əlifbaya aiddir.

"Cebheinfo.az" xəbər verir ki, “Science Daily” jurnalının xəbərinə görə, alimlər Suriyanın ən qədim şəhər mərkəzlərindən biri olan Umm-el Marrada qədim məzarlarda arxeoloji qazıntılar aparıblar.

Əsası ilk tunc dövrünə aid olan bu qəbirləri qazan tədqiqatçılar qızıl və gümüş zinət əşyaları, 6 skelet, yemək bişirən qablar, saxsı qablar və nizə ucu, həmçinin üzərində həkk olunmuş yazılar olan 4 barmaq uzunluğunda gil silindr aşkar ediblər.

Cons Hopkins Universitetinin arxeologiya professoru və qazıntıları aparan tədqiqat qrupunun üzvü Glenn Schwartz tarixi radiokarbon təyini ilə təsdiqlənən yazılar eramızdan əvvəl e.ə. 2400-cü illərə aid olduğunu təyin etdiklərini açıqladı.

Bu yazıların digər məlum əlifba sistemlərindən təxminən 500 il daha yaşlı olduğunu ortaya qoyduğunu qeyd edən Schwartz, bu kəşfin əlifbanın eramızdan əvvəl 1900-cü ildən sonra Misirdə və ya onun ətrafında icad edildiyi inancını dəyişdirəcəyini ifadə edib.

Şvarts aşkar edilən silindrlər üzərindəki yazıların məzardan çıxarılan əşyaların haradan gəldiyi və ya kimə aid olduğu ilə bağlı suallara cavab ola biləcəyini şərh edərək, "Ancaq yazıları tərcümə edəcək bir alət olmadan biz sadəcə spekulyasiya edə bilərik" deyib.

Seçilən
7
2
cebheinfo.az

4Mənbələr