AZ

Hindistanın Ermənistana verdiyi silah "zay" çıxdı

Hindistanın Ermənistana verdiyi texnika vaxtından tez sıradan çıxıb.

Milli.Az erməni teleqram kanallarına istinadla bildirir ki, "Indian Defence Research Wing" tərəfindən sızdırılan məlumata görə rmənistan Hindistandan 78 ədəd ATAGS artilleriya sistemi almağı planlaşdırır.

Bu addım müzakirə doğurub. Çünki əvvəllər alınmış 6 sistemin sınaqları uğursuz keçib. Belə ki, 2 sistem qısa müddət ərzində sıradan çıxıb, qalan 4 sistem isə dağlıq ərazilərə çıxarılarkən çətinliklər yaradıb. Bundan əlavə, artilleriya sistemlərinin istifadəsində ciddi texniki problemlər ortaya çıxıb. Məsələn, ATAGS-in geri qaytarma sistemi qeyri-sabit işləyir və tam elektrikləşdirilmiş idarəetmə mexanizmi enerji təminatında nasazlıq yaranan kimi fəaliyyətini dayandırır.

Ekspertlər qeyd edir ki, bazarda həm daha etibarlı, həm də daha ucuz artilleriya sistemləri mövcuddur. Buna baxmayaraq, Ermənistanın Hindistan istehsalı olan bu sistemləri böyük miqdarda satın alması yalnız korrupsiya və "gizli sövdələşmələr" şübhələrini artırır. Bu məsələ hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın şəffaflığı ilə bağlı suallar doğurur.
 
 

Seçilən
0
1
7news.az

2Mənbələr