AZ

Məhsul sahibi - VAKANSİYA

"AzInTelecom” MMC, Kommersiya/ Məhsul və xidmətlər şöbəsi/ Biznes həlləri bölməsinə Məhsul sahibi vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Məhsul üzrə müntəzəm daxili və xarici bazar araşdırması etmək, potensial rəqiblərin analizi;
  • Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
  • Bazar tələbatı üzrə prioritetlərin müəyyən edilməsi;
  • Biznes üzrə müştərilərin biznes proseslərinin təhlili və məhsulun müştərilərin məhsul və xidmətlərində tətbiq edilmə üsullarının hazırlanması;
  • Biznes proseslərin təhlil edilməsi və figma, draw.io kimi tool-lardan istifadə edərək təsvir edilməsi;
  • Backlogda toplanmış tapşırıqların komanda üzvlərinə, proqramçılara (developerlərə) ətraflı şəkildə izah edilməsi;
  • Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
  • Scrum metodologiyasının tətbiq edilməsi;
  • Bazarda baş verən dəyişikliklərə sürətli reaksiya verilməsi;
  • Məhsulun roadmap-in hazırlanması;
  • Məhsul üzrə uzunmüddətli vizyonun formalaşdırılması;
  • Release və sprint planlamasının edilməsi;
  • Deadline-ların müəyyən edilməsi və release-lərin vaxtında həyata keçirilməsi;
  • Qiymət strategiyasının müəyyən edilməsi;
  • Müştəri məmnuniyyət səviyyəsinin artırılması üçün lazımı tədbirlərin görülməsi;
  • Stakeholder-lar arasında görüşlərin təşkil edilməsi;
  • Vendorlarla işləmək;
  • Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və sair) proseslərin idarə edilməsi;
  • Məhsul üzərində müntəzəm olaraq testlərin aparılması, seçilmiş hədəf auditoriyalar üzərində testlərin aparılması və test nəticələrinin dəyərləndirilməsi;
  • Tərəfdaşlıq və digər müqavilələrin hazırlanmasında inputların təqdim edilməsi;
  • Marketinq şöbəsi tərəfindən hazırlanmış SMM post, press release, video çarx məzmunu və digər materiallar üzrə inputların təqdim edilməsi;
  • Məhsulun hazırlanmasında iştirak edən bütün komanda üzvləri arasında şəffaf, düzgün kommunikasiyanın təmin edilməsi.

Tələblər:

  • Ali təhsil (Biznes, marketinq, kompüter mühəndisliyi, IT və ya əlaqəli sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • MS Office, Figma, Draw.io  proqramları ilə işləmə bacarığı;
  • PSPO I sertifikatı (üstünlük);
  • Azərbaycan dili səlis, ingilis dili sərbəst, rus dili arzuolunan;
  • Məqsədləri təyin etmək və prioritetləşdirmək bacarığı ilə liderlik bacarıqları;
  • Analitika bacarığı;
  • Q&A bacarığı;
  • Effektiv vaxt idarə etmə bacarığı;
  • Kommunikasiya bacarığı;
  • Komanda ilə işləmə bacarığı.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə career@azintelecom.az ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az

 

Seçilən
35
47
fins.az

10Mənbələr