AZ

Mixail Saakaşvili həpsxanadab müxalifəti təlimatlandırdı: Ölkə əldən gedir

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müxalifəti və onun həmfikirlərini oktyabrda keçirilən parlament seçkilərinə qarşı etirazların xarakterini sərtləşdirməyə çağırıb.

O, bu barədə sərhədi qanunsuz keçmə ilə bağlı keçirilən növbəti iclasda “Vivamed” mülki klinikasından videobağlantı vasitəsilə bildirib.

“Ölkə əlimizdən alınır. Ya müqaviməti davam etdirib ölkəni geri alacağıq, ya da müqaviməti dayandıracağıq və Gürcüstan müstəqil ölkə olaraq mövcudluğunu dayandıracaq…” – Mixail Saakaşvili deyib. O, həmçinin hakim “Gürcü Arzusu” partiyasının hökumətini “özünü elan edən” adlandırıb və onun faktiki olaraq seçkilərdə uduzduğuna əmin olduğunu bildirib.
Xatırladaq ki, Mixail Saakaşvili hazırda Tbilisidə 2022-ci ildə həbsxanadan köçürüldüyü “Vivamed” mülki klinikasındadır. Səbəb səhhətinin əhəmiyyətli dərəcədə pisləşməsi olub.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
12
4
editor.az

10Mənbələr