O, atası tərəfindən tərk edilmişdi. 3 yaşında 14 yaşına qədər 3 fərqli ögey ata ilə böyüyüb.
Disleksiya xəstəsi olub. Söhbət Hollivud ulduzu, aktyor Kian Rivzdən gedir.
Kian həyatdan ala bildiyi qədər ağır zərbələr alıb. Bu onun əsl insan kimi formalaşmasında mühüm rol oynayıb.
Kian hokkeyçi olmaq arzusunda idi, amma ağır qəza nəticəsində ayağı travma aldı, bu pul olan arzusunu indi də həsrətlə yad edir.
İlk sevdiyi qadın doğuş zamanı dünyasını dəyişib. Həyat yoldaşı isə avtomobil qəzasında ölüb. Bu hadisəlrəin üstündən çox keçmədən ən yaxın dostu River Poenix narkotiki yüksək dozada qəbul etdiyi üçün həyatını itirib. Bacısı leykomiya xəstəliyinə görə həyatını itirincə Kianı həyatda tamamilə tək qalıb. Hazırda bir neçə leykomiya mərkəzinə müntəzəm ianələr edir.
Nə mühafizəçiləri var, nə dəbdəbəli evləri .
Kian sadə bir mənzildə yaşayır və şəhəri piyada gəzməyi sevir. Onu tez-tez Nyu-Yorkda metroya minərkən görmək olar.
"The Lake House" filmini çəkərkən o, iki kostyum köməkçisinin danışdığını eşidib. Onlardan biri 20.000 dollar verməsə, evini itirəcəyindən danışırdı. Elə həmin gün Kian tələb olunan məbləği kostyumerin bank hesabına yatırıb.
O, karyerası boyu xəstəxanalara çoxlu ianə verib, o cümlədən "The Matrix" filmindən qazandığı 75 milyon dolları xeyriyyəçiliyə sərf edib.
Kian rahatlıqla küçədə hansısa “bomj”la oturub çörəyini bölüşür, onların arasında vaxt keçirir. Nə bahalı kostyumlarda, nə də bahalı avtomobillərdə gəzir.
2010-cu ildə ad günündə Kian çörək almaq üçün marketə girərkən insanlar onu əhatə edib və hamıya kofe alaraq ad gününü onlarla qeyd edib. Kianı dəbdəbəli Hollivud ulduzları bomj adlandırırlar, buna baxmayaraq məşhur aktyorun bank hesabında milyardlarla pul var. O bu pulları özünə yox, hamıya aid olduğunu deyərək, ehtiyac sahiblərinə bağışlayır./Lent.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta