AZ

Makqreqor zorlamada TƏQSİRLİ BİLİNDİ – 250 min avro təzminat ÖDƏYƏCƏK

İrlandiyada Konor Makqreqor zorlamada təqsirli bilinib və 250 min avro təzminat ödəməyə məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İrlandiya Ali Məhkəməsi Konor Makqreqoru 2018-ci ildə zorlamada təqsirli bilib.

Səkkiz qadın və dörd kişidən ibarət münsiflər heyəti altı saatlıq müşavirədən sonra hökm çıxarıb. Makqreqor zərərçəkmişə 250 min avro ödəməlidir.

Ní Laimhín daha əvvəl demişdi ki, Makqreqor və dostu Ceyms Lourens narkotik qəbul etdikdən sonra Dublin otellərindən birində ona hücum ediblər.

Zərərçəkənin sözlərinə görə, o, evə qayıdandan sonra təcili yardım çağırıb. Müdafiə tərəfi onun qəsb və dələduzluqla məşğul olduğunu iddia edib, lakin məhkəmə heyəti onun ifadəsini etibarlı hesab edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
12
11
interpress.az

10Mənbələr