AZ

Gürcüstan tarixində ilk: Parlamentin ilk iclası prezidentin təsdiqi olmadan keçiriləcək

Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Qeyd edir ki, ölkə tarixində ilk dəfə olaraq parlamentin ilk iclası prezidentin təsdiqi olmadan keçiriləcək. Buna səbəb Prezident Salome Zurabişvilinin oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini və parlamentin legitimliyini tanımaqdan imtina etməsidir.

Eyni zamanda, parlamentə düşən müxalifət partiyaları da iclasa qatılmayacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti 150 yerdən ibarətdir. Deputatların 50+1 faizi (76 deputat) iştirak etdiyi halda parlamentin öz işinə başlamaq hüququ var. Hakim Gürcü Arzusu isə 89 deputat yeri qazanıb./Axar.az/

Seçilən
6
1
yenicag.az

10Mənbələr