Almaniya Bundesliqasında 11-ci tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış matçında “Bavariya” öz meydanında “Auqsburq”u qəbul edib.
Harri Keynin ikinci hissədəki het-triki Münhen klubuna qələbə qazandırıb.
“Bavariya” - “Auqsburq” - 3:0
Qollar: Harri Keyn, 63-pen; 90+3-pen; 90+5
Bu qələbə sayəsində xallarının sayını 29-a çatdıran “Bavariya” liderliyini bir qədər möhkəmləndirib. “Auqsburq” isə 12 xalla 13-cü pillədə qərarlaşıb.