Türkiyənin "Oruç Reis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb.
Publika.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda açıqlayıb.
Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb. Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadrat kilometrdir.