AZ

Binanın hündürlüyündən asılı olaraq…

Hava aralaylı asma fasadların layihələndirilməsi və quraşdırılması zamanı binanın çıxışları üzərində yanmayan materiallardan hazırlanmış qoruyucu günəşliklər qurulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Asma fasad sistemləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Binanın hündürlüyü 15 m-ə qədər olduqda fasaddan ən azı 1,2 m, binanın hündürlüyü 15 m-dən çox olduqda isə ən azı 2,0 m çıxıntı ilə qurulmalıdır. Ən yuxarı mərtəbənin eyvanları istisna olmaqla, özündən yuxarıda balkonlar olmayan, kənara çıxan üzəri açıq balkonların yuxarısında onların bütün eni və uzunluğu boyu, yanmayan materiallardan qoruyucu örtük – günəşliklər  yerinə yetirilməlidir.

 

Seçilən
27
heftelik.az

1Mənbələr