Rusiya Federasiyasının xalq artisti, teleaparıcı Yuri Nikolaev bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.
News24.az Manset.az-a istinadən xəbər verir ki, məlumata görə, o hələ də xəstəxanadadır.
"Özümü daha yaxşı hiss edirəm. Artıq reanimasiyada deyil, adi palatadayam", - o bildirib.
Xalq artisti sətəlcəm xəstəliyinə yoluxub. Həkimlər onun bir müddət daha xəstəxanada qalması lazım olduğunu vurğulayıblar.