AZ

Medvedevdən GERİ ADDIM: “Nüvə müharibəsini başlatmaq istəmirik”

Əvvəllər dəfələrlə Qərbi nüvə silahı ilə hədələyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gözlənilmədən ritorikasını dəyişib.

Bizim.Media xəbər verir ki, o, “Al Arabiya” telekanalına müsahibəsində Rusiyanın nüvə müharibəsi başlatmaq istəmədiyini bildirib. 

“Bunun nə vaxtsa baş verməsini istəmirik. Rusiya rəhbərliyində dəli adamlar yoxdur”, - deyə o, əmin edib.

Medvedev Moskvanın nüvə silahından istifadəyə yalnız “son çarə” kimi baxdığını vurğulayaraq, onların istifadə həddinin “ortaya çıxan risklər” nəzərə alınaraq yenidən nəzərdən keçirildiyini qeyd edib. 

Eyni zamanda, o, Ukrayna münaqişəsində "tam iştirak edən" NATO-dan şikayətlənib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini deyib ki, NATO hərbi əməliyyatları təhrik etməyi dayandırmalıdır.

Qeyd edək ki, Medvedev noyabrın 19-da Ukrayna Qərb raketləri ilə Rusiya ərazisinə hücum edərsə, Kiyevə və NATO-nun əsas obyeklərinə (harada olurlarsa olsunlar) kütləvi qırğın silahları ilə cavab veriləcəyini bildirmişdi.

Bizim.Media

Seçilən
36
50
bizim.media

10Mənbələr