AZ

Kompüter kursuna gedən qızı maşınla vuran sürücüyə cəza verildi

Ağcabədi Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Fərid Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə bu il mayın 29-da Ağcabədi şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.


Belə ki, Həsənov Fərid Zöhrab oğlu idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada İsmayılova Mələk Aslan qızını vurub. Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən yaralı mayın 31-də orada ölüb.


Məlumata görə, həmin gün mərhum Mələk İsmayılova kompüter kursuna gedirmiş.

 

Kamal Məmmədov 



Tarix: 23 Noyabr 2024, 09:48   
Seçilən
17
pravda.az

1Mənbələr