AZ

Pulsuz ictimai nəqliyyat xidməti başa çatır

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün nəzərdə tutulan pulsuz ictimai nəqliyyat xidmətinin sonuncu günü açıqlanıb.

Demokrat.az xəbər verir ki, noyabrın 25-dən etibarən konfrans iştirakçıları artıq avtobus, metro və dəmir yolundan ödənişsiz istifadə edə bilməyəcəklər.

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn və COP29 tədbirinə akkreditasiya olunan hər kəs noyabrın 9-dan etibarən paytaxtın ictimai nəqliyyat vasitələrindən pulsuz yararlanmaq imkanı əldə etmişdi.

Seçilən
2
19
demokrat.az

10Mənbələr