AZ

Medvedev: Rusiya qazı olmadığına görə, avropalılar donurlar...

Rusiya qazının Avropa ölkələrinə tədarükünün dayandırılması avropalıların orada donmasına və sənayenin dayanmasına səbəb olub...

Poliqon xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Medvedev xatırladıb ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp birinci dönəmində Rusiya qazının Avropaya tədarükünü məhdudlaşdırmağı və orada ABŞ-nin enerji resurslarını satmağı planlaşdırırdı.

“İndi baş verən budur. Avropada qaz yoxdur, ona görə də avropalılar donur”, deyə Medvedyev vurğulayıb.

Noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməsi Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi sayıla bilər və bunun ardınca cavab tədbirləri görüləcək.

Noyabrın 21-də ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar siyahısını genişləndirərək bir sıra hüquqi şəxsləri, o cümlədən “Qazprombank”ı sanksiyalar siyahısına əlavə edib.

Poliqon.info

Seçilən
23
2
poliqon.info

4Mənbələr