Aktyor Taleh Yüzbəyovun xanımı, bloqer Xatirə Yüzbəyova qəzaya düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Instagram" hesabında paylaşım edib.
Qeyd olunub ki, xoşbəxtlikdən heç kim xəsarət almayıb:
"Qarşımdakı maşın qəfil "tormoz" etdi. Sürətli yolda idik, nəticədə toqquşduq. O an keçirdiyim stresi sözlərlə ifadə edə bilmərəm. Digər maşındakı həm sürücü, həm sərnişin, həm polislər məni sakitləşdirirdilər. Allahıma sonsuz şükür edirəm, uşaqlar maşında deyildi və heç kimə heç nə olmadı, sadəcə kəmər sinəmi sıxıb deyə, azca ağrı var".