AZ

İSTANBULDA AZƏRBAYCANLI "DİPLOMAT"IN OLDUĞU TAKSİDƏ 70 KQ QIZIL TUTULDU

Özünü diplomat kimi təqdim edən şəxsin kələyinin üstü açılıb...

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin əlindəki kisədə 70 kilo qızıl çıxıb. CNN-Türk bildirir ki, sən demə, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb. Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.Şübhəli şəxs M.G.Ş. taksidə olarkən saxlanılıb.

Bu da bizim azərbaycanlımız! Amma maraqlıdır ki, o qızılı Azərbaycana gətirirmiş, yoxsa Azərbaycandan daşıyıbmış...

A.Məmmədli

Seçilən
22
tezadlar.az

1Mənbələr