AZ

"Azərbaycan və Ermənistan yeni delimitasiya sahəsi seçəcək"

Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək. 

Olaylar xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib.

O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib.

Paşinyan qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək.

"Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən hesab edirəm ki, ən azı, COP29-dan sonra bu proseslər davam edəcək", - deyə baş nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
4
olaylar.az

6Mənbələr