AZ

Ukrayna bəyan etdi -“Oreşnik” raketlərinin sayı Rusiyada məhduddur

Rusların Dnepr istiqamətində atdığı raket eksperimental xarakter daşıyır. Rusiyada onların sayı məhduddur.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. Onun sözlərinə görə, “Oreşnik” tədqiqat işinin adı və raketin kodudur.

“Sistemin özü “Kedr” adlanır. Bu, eksperimental sistem, orta mənzilli ballistik raket və nüvə silahı daşıyıcısıdır. Ondan qeyri-nüvə variantında istifadə etmələri onların tamamilə çılğınlaşdıqları barədə xəbərdarlıqdır”. Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, seriyalı istehsaldan söhbət gedə bilməz, çünki bunun üçün ən azı on sınaq lazımdır və bu, tədqiqat və döyüş istifadəsi üçündürsə, Rusiya Federasiyasının ən azı 10 belə raketi var.

Vəli Həsənov,

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr