1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün Salonikidə (Yunanıstan) gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilir.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 11 təmsilçisi tatamiyə çıxacaq: Anar Quliyev (50 kq), Emil Hüseynli, Maqomedəli Xusiyev, Rüstəm Qasımzadə, Maqomed Rüstəmli (hamısı - 55 kq), Abdulla Kərimov, İlkin Qarayev, Zeyd Əsgərov (hamısı - 60 kq), Fəxri Sahibzadə, Özqan Quliyev və Ayxan Ələkbərov (hamısı - 66 kq).
Qeyd edək ki, iki gün davam edəcək Avropa kubokunda 29 ölkədən 439 cüdoçu iştirak edir.