Türkiyədə reytinqləri alt-üst edən “Yalı Çapkını” serialı yeni mövsümdə izləyicilərini qane etməyib.
“Star TV”də yayımlanan serialda aktrisa Afra Saraçoğlunun canlandırdığı “Seyran” obrazı ilə aktyor Mert Ramazan Demirin canlandırdığı “Ferit” obrazı arasındakı ayrılıq dövrü reytinqləri aşağı salıb.
Qeyd olunur ki, zaman-zaman cəsarətli səhnələri ilə gündəmə gələn serialın gözlənilən reytinq artımı baş vermədiyi təqdirdə finalı olacaq. Bu vəziyyətə biganə qala bilməyən Gülseren Budayıcıoğlu da məsələyə reaksiya verib:
“Tamaşaçılar düz deyir. Onlar Seyranla Feritin sevgisini görmək istəyirlər. Hələ mövsümün əvvəlindəyik. Yəni Seyran və Feritin sevgisini növbəti bölümlərdə yenidən əks etdirəcəyik”.
Jurnalist Birsen Altuntaş isə qeyd edib ki, serialın reytinqləri artmasa, yeni ildən sonra bitə bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta