AZ

“Yoldaşım evə gələn kimi deyirəm ki...”: Aysun ailəsindən DANIŞDI

“Uşaqlıqdan xəyalım ana olmaq olub...”

Redaktor.az xəbər verir ki, bu sözləri Xəzər TV-nin efirində yayımlanan “Qonaqcanlı” verilişində qonaq olan müğənni Aysun İsmayılova bildirib. O, ailəsi ilə bağlı bir sıra açıqlamalar verib:

“Anam mənə həmişə deyirdi ki, ana olanda biləcəksən. İndi bilirəm. Hər uşağın bir arzusu olur. Kimisi həkim olmaq istəyir, kimisi də müəllim. Mənim uşaqlıq xəyalım ana olmaq idi. Deyirdim ki, çox gözəl ailəm olacaq. Çox şükür ki, o xəyalım gerçəkləşib. Saçlarımı daha uzatmıram. Əvvəl qaynaq edirdim. İndi evdə körpə uşaq olduğu üçün bunlara diqqət edirəm. 4 aydır ki, ətirdən istifadə etmirəm. Çünki mənim uşağım allergik uşaqdır. Düşünürəm ki, məclisə gedəndə ətir vurub çıxsam, qayıdanda o iy qalacaq. Mən o uşağı necə qucağıma alım? İlk olaraq uşağımı düşünürəm. Normalda evə daxil olan kimi uşağın yanına qaçırlar. Mənim ilk işim duş almaqdır. Yoldaşım evə gələn kimi deyirəm, tez ol əlini sabunla yu”.

Seçilən
1
6
redaktor.az

7Mənbələr