AZ

“Bir vaxtlar ağlıma belə gətirə bilməzdim ki...” – “Qarabağ”ın legioneri

"Qarabağ"ın və Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç federasiyanın rəsmi saytına danışıb.

Sportinfo.az xəbər verir ki, İslandiyaya qarşı görüşdə millidəki yubiley oyununu keçirmiş Yankoviç uzun müddət millinin şərəfini qorumaq istədiyini deyib:

"Bəli, İslandiya (0:2) ilə yubiley oyununa çıxdım. Bir vaxtlar millidə 50 oyun keçirəcəyimi ağlıma belə gətirə bilməzdim.

Üstəlik, mənim cəmi 29 yaşım var. Ümid edirəm ki, bu formanı hələ uzun müddət geyinə biləcəyəm".

Yankoviç 2016-cı ildən Monteneqronun əsas komandasında oynayır.

Seçilən
40
sportinfo.az

1Mənbələr