AZ

PSJ-nin Mbappeyə 55 milyon ödəməklə bağlı etirazı RƏDD EDİLDİ

Fransa Futbol Federasiyası (FFF) PSJ-nin komandanın sabiq hücumçusu Kilian Mbappenin maaşı və mükafatları ilə bağlı işdəki qərardan verdiyi apellyasiya şikayətini rədd edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sentyabrda Fransa Peşəkar Futbol Liqası (LFP) parislilərə 25 yaşlı hücumçuya 55 milyon avro ödəməyi əmr edib. Klub bu qərardan apellyasiya şikayəti verib və LFP hüquq komitəsi bunu rədd edib.

PSJ-nin hələ də Fransa Milli Olimpiya Komitəsinə (MOK) və ölkənin əmək tribunalına müraciət etmək imkanı var.

Mbappe 2017-ci ildə "Monako"dan 180 milyon avroya PSJ-yə keçib. Yeddi il ərzində o, Paris klubunda 308 oyun keçirib, 256 qol vurub və 108 məhsuldar ötürmə edib. Mbappe PSJ tarixinin bombardiridir.

Ulduz forvard müqaviləsinin başa çatması ilə əlaqədar iyulun 1-də PSJ-dən rəsmən ayrılıb, bundan sonra azad agent kimi “Real Madrid”ə keçib. Avqust ayında Mbappenin keçmiş komandasından 55 milyon avro geri almaq tələbi ilə LFP və UEFA-ya müraciət etdiyi məlum olub. Bu məbləğə imzalanma bonusunun üçdə biri (36 milyon), oyunçunun müqavilənin son üç aylıq maaşı və qalan bonuslar daxildir.

Bu mövsüm Mbappe "Real Madrid"in heyətində 16 oyun keçirib, 8 qol vurub və iki məhsuldar ötürmə edib.


Seçilən
10
1
news24.az

2Mənbələr