AZ

Paşinyan Argentinanın yeni prezidentini Ermənistana rəsmi səfərə dəvət edib

Paşinyan Argentinanın yeni prezidentini Ermənistana rəsmi səfərə dəvət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Xavyer Mileyi Argentina prezidenti seçilməsi münasibətilə təbrik edib.

Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

"Argentina Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, fəaliyyət göstərdiyiniz müddətdə bütün mövcud çağırışları uğurla dəf edərək, siz və sizin siyasi komandanız Argentinanın beynəlxalq arenada mövqelərini gücləndirə biləcəksiniz və Argentinanın erməni icması ölkənin güclənməsinə öz töhfəsini verməkdə davam edəcək. Ermənistan insan hüquqları, demokratiya və azad iqtisadi münasibətlərin qurulması ilə bağlı məsələlərdə Argentina üçün etibarlı tərəfdaşdır.Fürsətdən istifadə edərək, sizi əlverişli vaxtda Ermənistana rəsmi səfərə dəvət etmək istərdim.Əminəm ki, ölkələrimiz arasında isti münasibətlər hələ də istifadə olunmamış böyük potensiala malikdir.Mən birgə iş vasitəsilə daha iddialı gündəm yaratmağa və ikitərəfli maraq doğuran bütün istiqamətlərdə Argentina ilə münasibətləri inkişaf etdirməyə hazır olduğumu bildirirəm", - deyə Paşinyan məktubda qeyd edib.

Seçilən
270
34
Mənbələr
Şərh ()
Bağla