AZ

BMT baş katibi Azərbaycana təşəkkür etdi: "COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur".
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin bəyanatında deyilir.
"COP29-un başa çatması rekord temperatur və iqlim fəlakətləri ilə yadda qalan çətin bir ili başa vurur, eyni zamanda, emissiyalar artmaqda davam edir", - deyə A.Quterreş bildirib.
O, borc yüklərindən, iqlim şoklarından və bərpaolunan enerji mənbələrinə keçiddə geridə qalan inkişaf etməkdə olan ölkələr üçün kritik maliyyə ehtiyacını vurğulayıb.
Onun sözlərinə görə, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət kəsb edir. "Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir", - o əlavə edib.
Baş katib vədlərin tez bir zamanda icraata çevrilməsinin vacibliyini vurğuladı: "Öhdəliklər sürətlə real fondlara çevrilməlidir. Yeni maliyyələşdirmə hədəfinə nail olmaq üçün bütün ölkələr qüvvələrini birləşdirməlidirlər".
Quterreş, həmçinin tullantıların azaldılması, enerji keçidinin sürətləndirilməsi və karbon bazarlarına yanaşmaların uyğunlaşdırılmasında irəliləyiş də daxil olmaqla, COP29-un əsas nailiyyətlərini vurğuladı. O, ölkələri, xüsusən də G20 qrupuna daxil olan ölkələri COP30-dan xeyli əvvəl 1.5°C hədəfinə cavab verən yeni Milli İqlim Fəaliyyət Planlarını təqdim etməyə çağırıb:
"Borcun azaldılması, güzəştli maliyyələşdirmənin artırılması, vəsaitlərə çıxışın sadələşdirilməsi kimi effektiv tədbirlər gələcək üçün əsas vəzifələrdir".
Quterreş yekunda Azərbaycan hökumətinə və COP29-un prezidenti Muxtar Babayevə görkəmli liderliklərinə, eləcə də UNFCCC-nin icraçı katibi Saymon Still və BMT komandasına mühüm töhfələrinə görə təşəkkürünü bildirib:
"COP29 irəliyə doğru atılmış mühüm addım idi. İndi hamımız əldə edilmiş razılaşmaları uğura çevirməliyik".
Seçilən
74
50
oxu.az

10Mənbələr