AZ

ABŞ, İngiltərə, Fransa və Almaniya MAQATE-nin İrana qarşı qətnamə qəbul etməsini alqışlayır

"Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri MAQATE-nin Rəhbərlər Şurasının İrana qarşı qətnamə qəbul etməsini alqışlayır".

“İki sahil” ANSA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

“Qətnamə MAQATE ilə tam əməkdaşlıq etməyə borclu olan İranın bir neçə məntəqəsində aşkar edilmiş bəyan olunmamış nüvə materialı ilə bağlı həll olunmamış məsələlərin aydınlaşdırılması üçün lazım olan məlumat və əməkdaşlığın davam etdirməməsinə cavab verir”, - bəyanatda qeyd edilir.

İranın nüvə proqramı üçün yeni sentrifuqalarla bağlı planlarından ciddi narahatlıq ifadə edilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
40
ikisahil.az

1Mənbələr