AZ

Vadim Vasilyev iş axtarır: “Artıq ilk təklif gəlib”

“Özümü yaxşı hiss edirəm”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev deyib.

Bu il fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, müalicəsi davam edir: “Fizioterapiyaya gedirəm. Həkimlər artıq hər şeyin yavaş-yavaş düzəldiyini deyir. Bundan sonra daha iki ay da fizioterapiyalara gedəcəm. Səhhətimdəki irəliləyişin fərqindəyəm”.

Vasilyev artıq iş təkliflərini gözlədiyini də vurğulayıb: “Artıq evdə oturmaq istəmirəm. Hazırda ilk təklif gəlib. “Şəfa” köməkçi məşqçi kimi xidmətimdə maraqlıdır. Əgər alınsa, gedib işləyəcəm”.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
52
idman.biz

1Mənbələr