AZ

Türkiyə olmasaydı, ruslar Odessanı işğal edərdi - Səfirdən AÇIQLAMA

Türkiyənin Montrö Konvensiyasına əsasən Bosfor və Çanaqqala boğazlarını bağlaması Rusiya qüvvələrinin Odessa, Nikolayev və digər əraziləri ələ keçirmək üçün dəniz üstünlüklərindən istifadə etməsinə mane oldu. 

"Unikal" xəbər verir ki, bunu “Ukrainform”a müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.

"Ukraynanın müdafiəsinin əsas mərhələlərindən biri Türkiyə tərəfindən Bosfor və Çanaqqala boğazlarının bağlanması oldu. Bir "Moskva"nı batırdıq, daha iki rus kreyseri Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək əraziləri ələ keçirməsinə imkan vermədi. Moskvanın planlarına görə, Odessa və Nikolayev dəniz əməliyyatları nəticəsində işğal edilməli olan ərazilər idi", - deyə rəsmi vurğulayıb.

Diplomat Türkiyənin Ukrayna üçün ciddi nəqliyyat mərkəzinə çevrildiyini də xatırladıb. 

Ağarza Elçinoğlu 

Seçilən
47
unikal.az

1Mənbələr