AZ

İndoneziyada daşqınlar nəticəsində azı 13 nəfər həlak oldu, 18 nəfər yaralandı

Bakı. Trend:

İndoneziyanın Şimali Sumatra əyalətində baş verən daşqınlar vətorpaq sürüşmələri ağır fəsadlarla nəticələnib.

Trend xəbər verirki, bu fəlakət nəticəsində azı 13 nəfər həyatını itirib, 18 nəfərisə xəsarət alıb.

Təbii fəlakət Deli Serdanq və Karo dairələrində ciddidağıntılara səbəb olub. Deli Serdanqda sel suları dörd evi və birməbəd binasını yuyub aparıb. Burada altı nəfər həyatını itirib,doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Karo dairəsində isəyeddi nəfərin həlak olduğu, doqquz nəfərin yaralandığı bildirilir.Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İndoneziya Meteorologiya və Geofizika Agentliyi bölgədəyağıntıların həddindən artıq intensiv olacağını proqnozlaşdıraraqekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Hakimiyyət orqanları zərər çəkmiş bölgələrə humanitar yardımgöstərmək və fəlakətin nəticələrini aradan qaldırmaq üçüntədbirləri sürətləndirib. Regionda vəziyyətin daha da pisləşməməsiüçün əhali ehtiyatlı olmağa çağırılıb.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr