Bakı. Trend:
Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinədəyişiklik edilməsi təklifi təsdiqlənmə üçün hökumətəgöndərilib.
Bu barədə Trend-əAzərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətininsədri İnarə Vəliyeva deyib.
"Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinədəyişiklik edilməsi istiqamətində fəal iş aparılır. Hazırda bizimtəklifimiz artıq tamamlanaraq hökumətə göndərilib. Hazırda hökumətsəviyyəsində, o cümlədən müxtəlif dövlət qurumlarının iştirakı ilədanışıqlar aparılır", - deyə o bildirib.
İ.Vəliyeva vurğulayıb ki, hökumət süni intellekt üzrə millistrategiyanı da müzakirə edir.
Qeyd edək ki, hazırda Azərbaycan Nəqliyyat və Rəqəmsal İnkişafNazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədəikinci vençur fondunun yaradılması üçün vəsaitlərlə danışıqlaraparır.
Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf AgentliyiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsaltransformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiyamühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmətedir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq,fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına vəinnovativ layihələrinə (Startapları) dəstək vermək, müasirtexnologiyaların və texnoloji həllərin əldə olunmasında yardımgöstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyeraimkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətinqurulması və təşkilini həyata keçirmək Agentliyin prioritetistiqamətləridir.