AZ

Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişiklik edilməsi təklifi təsdiqlənmə üçün hökumətə göndərilib.

Bu barədə Trend-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

"Vençur fondları ilə bağlı Azərbaycan qanunvericiliyinə dəyişiklik edilməsi istiqamətində fəal iş aparılır. Hazırda bizim təklifimiz artıq tamamlanaraq hökumətə göndərilib. Hazırda hökumət səviyyəsində, o cümlədən müxtəlif dövlət qurumlarının iştirakı ilə danışıqlar aparılır", - deyə o bildirib.

İ.Vəliyeva vurğulayıb ki, hökumət süni intellekt üzrə milli strategiyanı da müzakirə edir.

 

Qeyd edək ki, hazırda Azərbaycan Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə ikinci vençur fondunun yaradılması üçün vəsaitlərlə danışıqlar aparır.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət edir. Nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmaq, fiziki və hüquqi şəxslərə innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək vermək, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etmək, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirmək Agentliyin prioritet istiqamətləridir.

Seçilən
22
2
day.az

3Mənbələr