İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb. Vulkan 3 km yüksəkliyə kül sütunu atıb.
Publika.az xəbər verir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
İndoneziya fövqəladə hallar xidməti zirvəsi dəniz səviyyəsindən 1335 metr yüksəklikdə olan vulkanda silsilə təkanlar qeydə alıb. Səlahiyyətlilər yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda olan əraziyə getməməyə və açıq havada olarkən maskalar taxmağa çağırıb.