AZ

Vergi borcu olan "Export İmport Group"a yazılan protokola baxılacaq tarix açıqlandı

"Export İmport Group" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Liza Xanməmmədovanın icraatındadır. Baxış iclası dekabrın 4-də keçiriləcək.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Əjdər Bayram oğlu Məmmədovdur. Şirkətin dövlətə 185 813 AZN vergi borcu var. 

 

Xəyal Quliyev

Tarix: 25 Noyabr 2024, 08:30   
Seçilən
37
pravda.az

1Mənbələr