AZ

Türkiyədə Rusiyanın sərnişin təyyarəsi yandı

Bakı. Trend:

Dünən axşam saatlarındaTürkiyənin Antalya şəhərində RusiyanınSoçi şəhərindən Azimut Hava Yollarına məxsus “Volga” adlı “SukhoiSuperjet 100” təyyarəsinin sol mühərrik hissəsində yanğın başverib.

Trend TürkiyəKİV-ə istinadən xəbər verir ki, Hava Xilasetmə və Yanğınla Mübarizə(ARFF) qrupları hadisəyə cəmi 23 saniyə ərzində müdaxilə edib vəyanğını 2 dəqiqə ərzində söndürüb.

Məlumata əsasən, təyyarədə olan 89 sərnişin və 6 ekipaj üzvütəhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində xəsarət alanolmayıb, təyyarənin dayanacaq mövqeyinə çəkildiyi bildirilib.

Qeyd edilib ki, yanğının baş verdiyi uçuş-enmə zolağı bu gününilk saatlarına qədər bağlı qalsa da, yanğın söndürüldükdən sonrahava hərəkəti ikinci zolaqdan davam etdirilib.

Məqalədə:
Seçilən
43
az.trend.az

1Mənbələr