AZ

"6-cı maddə ilə bağlı razılaşma böyük uğurdur” - Çingiz İsmayılov

Yazını böyüt
Yazını kiçilt

“190-dan çox ölkənin iştirak etdiyi ölkələrdə vahid bir fikrə gəlməsi nadir hallarsa baş verir. Bu mənada COP29 konfransı çərçivəsində Paris sazişinin 6-cı maddəsi üzrə əldə olunan razılaşma mühüm əhəmiyyət kəsb edir”.

Bunu hafta.az-a Çingiz İsmayılov COP29-un əldə olunan müsbət nəticələri il bağlı bildirib.

Ç.İsmayılov qeyd edib ki, Paris sazişinin 6-cı maddəsi üzrə razılığın əldə olunmasının əsasında iqlim dəyişikliyi llə bağlı problemlərin həllinə nail olmaq, qazın emissiyasını azaltmaq üçün karbon kreditlərini bir ölkədən digər ölkəyə köçürmək dayanır. Onun fikrincə, bu istiqamətdə əldə olunan razılaşma böyük bir irəliləyişdir.

Ç.İsmayılov vurğulayıb ki, Bakıda tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdı.

“Karbon qazı kreditləri anlayışı hələ 1997-ci ildə gündəliyə gəlib. 2005-ci ildə məlum protokolun 192 ölkə tərəfindən qəbul olunması və hazırkı şəkildə qüvvəyə minməsinin üzərindən kifayət qədər vaxt keçib.

COP29-da maliyyələşmə ilə bağlı fikri ayrılıqları gözlənilirdi. Bütövlükdə dünyada siyasi-iqtisadi qütbləşmə fomalaşıb. Çoxqütblü dünyadır və çoxqütblü siyasi-iqtisadi maraqlar varsa, təbii ki, bu ətraf mühit və iqlim dəyişikliyi məsələsində də özünü biruzə verir. Vaxt, zaman lazımdır ki, ölkələr ümumi bir məxrəcə gəlsin. Maraqlar fərqli olsa da, ancaq yaşadığımız təbii mühit hamı üçün birdir. Burada iqtisadi, sosial məsələrlədən asılı olmayaraq hamı bir planetdə yaşayır və iqlim dəyişikliklərdən bütün ölkələr zərər görəcək. Ona görə də 6-cı maddə ilə bağlı razılaşma böyük uğurdur. Çünki karbon kvotaları ilə bağlı razlaşmanın əldə olunması vacib mərhələdir”.

Seçilən
11
hafta.az

1Mənbələr