AZ

Xankəndidə poçt açılır

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verib.

Vətəninfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb.

Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır.

Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.

Seçilən
9
24
veteninfo.az

10Mənbələr