AZ

Bu il azad edilmiş ərazilərin rezidentiləri tərəfindən vergi daxilolmaları açıqlanıb

Bu

2023-cü il ərzində işğaldan azad edilmiş ərazilərin rezidenti statusuna malik olan 12 vergi ödəyicisi Vergi Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulan güzəştlərdən yararlanaraq ümumilikdə dövlət büdcəsinə 2023-cü il ərzində 3,4 milyon manat, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə 3,7 milyon manat vergi daxilolmasını təmin edib.

Bunu “APA-Economics”ə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

Samirə Musayeva qeyd edib ki, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılmışdı.

Müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edildi. Burada əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsi idi.

Seçilən
6
3
xalqcebhesi.az

4Mənbələr