AZ

Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi - Kamaləddin Qafarov

Bakı. Trend:

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın işğalçıordusu tərəfindən zəbt olunmuşdu. İşğal nəticəsində 511 dinc sakinöldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min nəfərkəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsindəmüvəqqəti məskunlaşmağa məcbur olub.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisindeputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, erməni vandalları işğal etdikləribütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də talançılıqediblər:

“İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş,dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistanadaşınmışdır. Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq,1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuzməskunlaşdırılmasına başlanmışdır. Kəlbəcərin işğalından sonra BMTTəhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər vəAzərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasıtələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvanhəmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onunicrasını uzun illər ərzində tələb etmədilər. Bu səbəbdən 2020-ci il27 sentyabr tarixində, düşmənin növbəti hərbi təxribatından sonraÖlkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gündavam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan OrdusuMüzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalınason qoydu və beynəlxalq hüququ bərpa etdi.2020-ci il noyabr ayının10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, 2020-ci ilnoyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. ÖlkəPrezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixliSərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyənolunub”.

K.Qafarov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixiQələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri bütündigər ərazilərimizdə olduğu kimi Prezidentimiz İlham Əliyevin şəxsinəzarətindədir:

“Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azadolunmuş bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonundada möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonrailk dəfə 2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən Ali BaşKomandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı.Həmin tarixi gündən sonra keçən müddət ərzində cənab Prezidentİlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərində hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Son dörd ildəgedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldanazad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaqdirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgindüşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çoxböyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa ÖlkəPrezidenti İlham Əliyev tərəfindən ciddi nəzarət olunur”.

Seçilən
57
13
az.trend.az

10Mənbələr