AZ

Ukrayna ABŞ raketini Rusiyanın bu şəhərinı atacaq

Ukrayna Rostov şəhərindəki hərbi obyektləri Qərbin verdiyi raketlərlə vura bilər.

Publika.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşr bu qənaətə “Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (İSW)” hazırladığı xəritəni təhlil etdikdən sonra gəlib.

Xəritədə 300 və 250 kilometr mənzilində yerləşən, ABŞ-ın ATACMS və Böyük Britaniyanın “Storm Shadow” raketləri ilə vurulması mümkün olan 200-ə yaxın hərbi obeytk əks olunur. Mümkün hədəflərə aerodromlar, sursat anbarları, silah anbarları, təlim poliqonları və komanda mərkəzi daxildir. Belə obyektlərin çoxu Ukrayna ilə sərhəddə yerləşən Rostov vilahyətində cəmləşib. Misal üçün, “Millerova” və “Morozovks” daxil olmaqla ən azı 4 hava limanı hədəf ola bilər. Ukrayna daha öncə bu limanlara PUA hücumu cəhdi edib. Rostov Rusiya üçün Ukrayna cəbhəsində logistikanın təmin edilməsi baxımından strateji yerdir. Qoşunların və texnikanın cəbhəyə köçürülməsində bu marşrutdan geniş istifadə edilir.

Nəşr qeyd edir ki, ABŞ Ukraynaya raket icazəsi verdikdən sonra Rostov vilayətində mümkün hücumdan müdafiə hazırlığı başlanıb.
Qubernator vəzifəsini icra edən Yuri Slyusar bomba sığınacaqlarının yoxlanılması və sakinlərin evakuasiyası üçün təlimlərin keçirilməsi əmrini verib.

Asif

Seçilən
37
18
publika.az

10Mənbələr