Bakı, TurkicWorld
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 107 min 737 ton pambıq lifi ixrac edib.
TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə pambıq lifinin dəyəri 161 milyon 427 min ABŞ dolları təşkil edib.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə, həcm baxımından 53 min 103 ton (97,1%), dəyər baxımından isə 62 milyon 966 min ABŞ dolları (63,9%) çoxdur.
Hesabat dövründə pambıq lifi ixracına çəkilən xərc Azərbaycanın ümumi ixrac xərclərinin 0,71%-ni təşkil edib.