AZ

BŞİH və “Şərurlu İsfəndiyar”ın MTK-ları məhkəməyə verildi

Bakı Şəhər İcra Hakimiyyəti, “Şərur” MTK və “Olimpus-Az” MMC birgə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, iddianı Tahirova Tutu Əlsəfa qızı qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
İş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 23 dekabr tarixində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. “Şərur” MTK-nın rəhbəri isə İsfəndiyar Axundovdur. “Olimpus-Az” MMC rəhbəri isə həbsdə dünyasını dəyişdikdən sonra sözügedən binanın tikintisini İsfəndiyar Axundov davam etdirib. Həmçinin İ.Axundovun oğlu Mehdi Axundov da “Olimpus-Az”ın ortağıdır.

Yazıda adı keçən bütün tərəfləri dinləyə hazırıq.

Nigar

Seçilən
10
6
tribunainfo.az

9Mənbələr