AZ

“İşğaldan azad olunmuş ərazilərdə 4300-dən çox iş yeri açılacaq”

“İşğaldan azad olunmuş ərazilərə 232 milyon ABŞ dolları məbləğində investisiyanın qoyulması və orada 4 300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Dövlət əmlakının özəlləşdirilməsi prosesi də uğurla davam etdirilir. Özəlləşdirməyə görə bu ilin 10 ayında büdcəyə 108 milyon manat daxil olub”, - deyə nazir bildirib.

Nuranə Daxilqızı 

Seçilən
10
3
qafqazinfo.az

4Mənbələr